DİM canlı yayım edəcək

İyulun 7-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün imtahanlar keçirilir.

DİM-dən Metbuat.az-a bildirilib ki, imtahanlardan sonra saat 16:00-da DİM-in “YouTube” kanalı və “Facebook” səhifəsi vasitəsilə canlı yayım ediləcək. Mərkəzin məsul əməkdaşları və ekspertlər imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı ətraflı məlumat verəcəklər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR