Gəncəçayda batan 2 gənc axtarılır

Gəncəçay çayında 2 nəfər batıb.

Bu barədə Metbuat.az-a Fövqəladə Hallar Nazirliyindən bildiriblər.

Nazirliyin "112" qaynar telefon xəttinə, Göygöl şəhərində 2 nəfərin Gəncəçay çayında batması barədə məlumat daxil olub. Hadisə yerinə Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu və Gəncə Regional Mərkəzinin xilasediciləri cəlb olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR