PKK-ya ağır zərbə: Liderlərdən biri zərərsizləşdirildi

Türkiyə Silahlı Qüvvələri və Milli Təhlükəsizlik Təşkilatı Qəndil bölgəsinin Kortek rayonunda birgə antiterror əməliyyatı keçirib.

Metbuat.az xəbər verir ki, əməliyyat zamanı PKK/KCK terror təşkilatının “ali rəhbərliyi”də təmsil olunan Diyar Qarip Muhammed zərərsizləşdirilib.

Qeyd edək ki, “Halmat Diyar” ləqəbli Diyar Qarip Muhammed 1973-cü ildə İraqın Süleymaniyə bölgəsində doğulub. 1992-ci ildə terrorçuluq fəaliyyətinə başlayan həmin şəxs son illər PKK/KCK terror təşkilatının 7 rəhbərindən biri olub. O, PKK lideri Abdullah Öcalanın həbsindən sonra terror təşkilatının aparıcı şəxslərindən birinə çevrilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR