Nazir yaylaqda qoyunlarından və keçilərindən danışdı: "O vaxtı evimiz yox idi, indi isə..." - VİDEO

Nazir yaylaqda qoyunlarından və keçilərindən danışdı: "O vaxtı evimiz yox idi, indi isə..." - VİDEO
19:33 7 İyul 2019
78 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu maraqlı vəziyyətdə görüntülənib.

Publika.az xəbər verir ki, nazir doğulduğu Antalya şəhərinin Alanya bölgəsində yaylağa gedib.

Çavuşoğlu Söbüçimen yaylağında itlər və quzulara qayğı göstərib, göbələk, kəklikotu toplayıb, bulaqdan su içib. İnstaqram hesabından gəzintisi ilə bağlı görüntü yayımlayan nazir bildirib ki, yaylaq ənənəsini ailəvi şəkildə davam etdirirlər.

“Təbii otlarla örtülmüş yaylaqdır bura. Bizim uşaqlığımızda bleə evlər, elektrik, telefon yox idi. Daşdan hörülmüş evlərimiz var idi. Qar çox yağdığı üçün bu evlər tez sökülürdü. Yaylağa köçəndə evləri yenidən inşa edərdik. Xatırlayıram, buraya dəvələrlə, atlarla gələrdik. 4 gün çəkərdi. İndi avtomobillə 2,5 saat çəkir. Keçilərimiz, qoyunlarımız hələ də var. Gələcək nəsillərimizdə də olacaq”.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/maraqlidunyasi/284003.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR