II və III qruplar üzrə imtahanın nəticələri nə vaxt çıxacaq?

II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olunmaq üçün iyulun 7-də keçirilən imtahanın nəticələri yaxın iki həftə ərzində elan olunacaq.

Metbuat.az bildirir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin məlumatında deyilir.

Qeyd edək ki, imtahanda ümumilikdə 28 mindən çox abituriyent iştirak edib. Onlardan 11 134 abituriyent II qrup üzrə, 17 565 abituriyent isə III qrup üzrə imtahan verib. (oxu.az)



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR