Ərdoğan üçün şok istefa - SON DƏQİQƏ

Yeni partiya yaratmaq istədiyini iddia edilən Əli Babacan "AK Parti" qurucu üzvlüyündən istefa ərizəsini mərkəzə təqdim etdiyini açıqlayıb.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, Əli Babacan yazılı şəkildə verdiyi açıqlamada bildirib:

"Vəzifədə olduğum vaxtlarda partiyanın quruluş qanun və dəyərlərini həm ölkəmizdə, həm də dünyada inanaraq müdafiə etdim. Türkiyənin tarixi dönüş nöqtələrində, həqiqətlər üçün aparılan mübarizələrin birbaşa içində olmaq mənim üçün şərəf oldu. İnanıram ki, qqarşısında olduğumuz problemlərin həlli yalnız təmsil gücü yüksək və geniş bir heyət çalışmaları ilə mümkün olacaqdır. Çalışmalarımızın müstəqil və azad şəkildə aparılması böyük əhəmiyyət kəsb edir. Bu həqiqətləri nəzərə alsaq, "AK Parti"də üzvlüyümün davam etməsi təəssüf ki, mümkün deyildir. Bu gün istefa ərizəmi mərkəzə çatdırdım".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR