Azərbaycanlı aktrisa: "İstənilən kişini asanlıqla ram edərəm..." - FOTOSESSİYA

Azərbaycanlı aktrisa: "İstənilən kişini asanlıqla ram edərəm..." - FOTOSESSİYA
00:22 16 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Aktrisa Aysel Fətəliyevanın Milli.Az-a müsahibəsi.

- “Hörümçək tor”u sizin serial karyeranızda bir başlanğıc oldu. Sözügedən serialda canlandırdığınız Vəfa obrazı sizi yaddaqalanlardan etdi?

- Bəli, həmin serialdan sonra insanlar məni tanımağa başladılar. Hətta dəfələrlə məni görüb “Bağışlayın, siz Vəfasınız?” deyə soruşublar.

- Bəs “tor”a salmaq istəyənlər olub?

- Çox olub. Amma öz əzmim və iradəm nəticəsində düşməmişəm.

- Ümumilikdə götürsək, “Qarabağnamə”, “Ləkə”, “Məhkumlar” kimi seiallarda da rol almısınız. Maraqlıdır, həmin serialla efirdə olarkən oradakı aktyor və aktrisalar müəyyən qədər tanınırlar. Amma bir müddət sonra yaddan çıxırlar. Sizcə, buna səbəb nədir? İfa etdikləri obrazlar zəif olur, yoxsa seriallara baxan çox azdır?

- Bunun müxtəlif səbəbləri ola bilər. Seriallarımızın texniki baxımdan hələ də zəif olması, seriallara az baxılması, ssenaridə güclü və yaddaqalan obrazların “yaradılmaması” və s. Amma onu da deyim ki, bəziləri tanıdıqları halda, tanımamazlıqdan gəlirlər.

- Bildiyim qədər, siz həm də model kimi fəaliyyət göstərirsiniz. Daha çox hansı sahədən gəlir götürürsünüz?

- Aktrisalıqla nisbətdə modellikdən daha çox qazanc əldə edirəm.

- Məhz bu səbəbdənmi daimi olaraq bir teatrda çalışmaq istəmirsiniz? Sanki, aktrisalığa bir az soyuq yanaşırsınız. Belə deyək, üstünə ciddi düşmürsünüz bu sənətin...

- Əslində, teatrda işləməyin modelliyə bir maneçiliyi yoxdur, amma nədənsə, hələ ki, teatrda işləmək istəmirəm. Sözün düzü, mən aktirsa olmaq istəmirdim. Hər şey təsadüf nəticəsində oldu. Qismət elə gətirdi ki, Dövlət Mədniyyət və İncəsənt Universitetinə qəbul oldum, oranı bitirdikdən sonra seriallara çəkilməyə başladım. Tədricən bu sənəti sevməyə başaladım.

- Bizim modellərin çoxusunda bir az kompleks sezilir. Məsələn, siz bir model kimi alt paltarlarının reklamına çəkilərisiniz?

- Bədənimə qarşı heç bir kompleksim olmamasına baxmayaraq, çəkilmərəm.

- Kompleks yoxdursa, bəs belə düşünməyinizə səbəb nədir ki?

- Düzdür, xaricdə modellər üçün bu hal normaldır. Bizdə mentalitet məsələsi var, həm də belə işlərin qarşılığında ödənilən qonorar da elə yüksək olmur.

- Belə çıxır ki, bir milyon manat versələr, yarıçılpaq fotokamera qarşısına keçərsiniz?

- Onda fikirləşərəm...(gülür)

- Ailəli olmadığınızdan xəbərdaram. Amma sevib-sevmədiyinizi bilmirəm...

- İndiyə qədər sevməmişəm, amma sevmək istəyirəm.

- Aktyorla, ya da hər hansı bir rejissorla ailə qurarsınız, yoxsa sənətə aidiyyəti olmayan sıradan bir insanla?

- Sənət adamlarıyla heç vaxt ailə qurmaram. Çünki bu sənətdə olan kişilərə etibarım və inamım yoxdur. Müşahidə etdiklərim bunu əminliklə deməyimə imkan verir.

- Yəqin ki, kifayət qədər sevgi etirafları eşidirsiniz...

- Elədir, ancaq hələ ki, yox deyirəm.

- Sonuncu dəfə sizə eşq elan edən insan nə deyib?

- Deyib ki, sənin üçün ölürəm (gülür).

- Belə nəticəyə gəlmək olar ki, kişilərin hədəfinə yaman tez-tez düşürsünüz. Elədir?

- Tamamilə doğrudur...

- Buna, bəlkə də, özünüz şərait yaradırsınız.

- Mən nə edirəm ki? (gülür) Amma lazım gəlsə, istənilən kişini asanlıqla ram edərəm.

- Ram etdiyiniz insalardan sizə nəyinsə müqabilində nəsə təklif edənlər olub?

- Ev də təklif ediblər, avtomobil də...

- Onlar sizə “kişi göz”ü ilə baxıb heyran olurlar, bəs özünüzə öz gözünüzlə baxanda daha çox sizi heyran edən nə olur?

- Ayaqlarım... (gülür).

Cavidan Abdullayev
Milli.Az























RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR