Ermənistanda hərbi avtomobil qəzaya uğrayıb

Ermənistan Müdafiə Nazirliyinə məxsus “Ural” avtomobilinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər yaralanıb.

Metbuat.az xəbər verir ki, hadisə Yerevan-Mehri avtomobil yolunun Ararat vilayətindən keçən hissəsində qeydə alınıb.

Nəticədə hərbi avtomobil aşıb.

Müdafiə Nazirliyi hələlik hadisənin səbəbi barədə məlumat yaymayıb. (Report)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR