Şiddət gördüyü həyat yoldaşından boşana bilməyən qadın bunu etdi

Türkiyənin Adana şəhərində qəribə bir hadisə yaşanıb

Metbuat.az Türkiyə mediasına istinadla bildirir ki, şiddətə məruz qaldığı həyat yoldaşı Cerrah K.-dan məhkəmənin rədd qərarı üzündən boşana bilməyən 45 yaşlı Məryəm K. əlində “boşanmaq istəyirəm” yazılmış devizlə məhkəmənin qarşısında etiraz aksiyası keçirib.

İlk həyat yoldaşından 22 yaşlı oğlu olan qadın 2001-ci ildə Cerrah K. ilə evlənib. Cütlüyün iki qız övladları dünyaya gəlib. İddiaya görə, Cerrah K. evliliklərinin ilk illərində Məryəm K.-ya şiddət tətbiq etməyə başlayıb. Şiddətə dözə bilməyən qadın ilk dəfə 2012-ci ildə boşanma qərarı ilə məhkəməyə müraciət edib. Amma qısa müddət sonra həyat yoldaşı ilə barışaraq boşanmaqdan imtina edib. Daha sonra isə şiddətin daha da artması səbəbilə 2013-cü ildə yenidən məhkəməyə müraciət edib. Məryəm K. bu səbəblə məhkəmələrin boşanma qərarı vermədiyini bildirərək “məni döyərkən qarnımda 5 aylıq körpəmin ölümünə səbəb oldu. 17 ildir ki, şiddət görürəm. Hakimlər məni boşamadılar” deyib.

Həyat yoldaşının onu uşaqları qaçırmaqla hədələdiyini deyən qadın boşanana qədər məhkəmənin qarşısında etirazlarına davam edəcəyini bildirib.



https://metbuat.az/news/1221099/dunyanin-en-qeyri-adi-festivali.html


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR