Səkkiz nəfərin öldüyü qəzadan sağ çıxan sürücü: Balış verəndə diqqətim yayındı - VİDEO

Bu gün səhər saatlarında Bakı-Astara yolundakı qəzada 8 nəfərin öldüyü avtomobilin sürücüsü hadisənin necə baş verdiyini açıqlayıb.

Metbuat.az bildirir ki, “99 LH 458” nömrəli “Mercedes” markalı avtomobilin sürücüsü, Lerik rayon sakini Nizami Mustafayev deyib ki, yanında oturan sərnişinə balış vermək istəyərkən yoldan diqqəti yayınıb və idarəetməni itirib:

“Sürətim normal idi. Yolda nə sürət qoyulubsa, o idi, yəni saatda 100-120 km sürətlə gedirdim. Yuxulu deyildim. Bakıdan saat 05:30-da çıxmışdım, səkkiz sərnişin götürmüşdüm. Bakı-Lerik arası sərnişin daşıyıram”. (Qafqazinfo)



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR