"Avropa Birliyi və Azərbaycan ildən-ilə daha da yaxınlaşır" - Donald Tusk

"Avropa Birliyi Azərbaycan ildən-ilə daha da yaxınlaşır. Əlaqələrimiz daha da aktivləşib və bugünkü səfərim buna daha bir bariz nümunədir".

Metbuat.az xəbər verir ki, bunu Avropa Birliyi Şurasının prezidenti Donald Tusk Azərbaycana səfəri çərçivəsində deyib.

D.Tusk xatırladıb ki, 2018-ci ildə AB və Azərbaycan tərəfdaşlıq prioritetlərini təsdiq ediblər.

"Vahid aviasiya məkanı barədə Saziş, eləcə də AB ilə Azərbaycan arasındakı yeni saziş üzrə danışıqlarımız başa çatmaq üzrədir. İqtisadiyyatlarımız bunlardan faydalanacaq, siyasi, işgüzar və mədəni əlaqələrimiz isə daha da dərinləşəcək. Təbii ki, sözün əsl mənasında bizi birləşdirən Cənub Qaz Dəhlizi layihəsini də unutmamalıyıq. Bu müsbət təkan tərəfdaşlığımızı daha da yüksək səviyyəyə çıxarmalıdır", - D.Tusk bildirib.

Avropa Birliyi Şurasının prezidenti həmçinin qeyd edib ki, Azərbaycan özünü nəqliyyat-logistika mərkəzinə çevirmək üçün ciddi addımlar atıb. (Report)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR