Əfsanəvi kovboy öldü

Əfsanəvi kovboy öldü
00:26 16 Yanvar 2015
181 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-da son 20 ildə Malboro şirkətinin siması olan Darrell Hyu Uinfild ölüb.

ANS PRESS-in məlumatına görə, o 1960-dan 1980-ci ilə siqaret çəkməyi təbliğ edib.

Malboronun kovboyu 85 yaşında Rivertonda (Vayominq ştatı) öz evində ölüb. Onun ölümünün səbəbi dəqiq bilinmir.

Qeyd edilir ki, tütün nəhəngi üçün reklam kampaniyasını hazırlayan "Leo Burnett" agentliyi kişilər arasında seçim edirkən Darrell Hyu Uinfildlə bağlı qərar verilib. Həmin vaxt Uinfild Vayominq ştatında rançolardan birində işləyirdi.

Qeyd edək ki, Malboro şirkətinin məhsulunu reklam etmək üçün müxtəlif modellərlə iş birliyi həyata keçirilib. Onlardan bir çoxu ağciyərlərində yaranmış xəstəliklərdən ölüblər.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=319960

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR