Polis şəhid xanımının bölməyə hücumunun görüntüsünü yaydı - VİDEO

Sosial şəbəkələrdə Xətai Rayon Polis İdarəsinin (RPİ) 36-cı Polis bölməsində şəhid ailəsinə təzyiq edilməsi ilə bağlı yayılan məlumatdan sonra Daxili İşlər Nazirliyi olayın görüntülərini paylaşıb.

Metbuat.az bildirir ki, görüntülər nazirliyin rəsmi “Facebook” hesabında yayımlanıb.

Videodan göründüyü kimi, Xətai rayonunda yaşayan Arzu Əliyeva oğlu Qorxmaz Cahangirovun saxlanıldığı bölməyə gələrək orada polislərlə münaqişə yaşayıb. Qadın polis əməkdaşlarından birinə hücum edib və onun üzünə yumruq zərbəsi endirib.

Daha sonra A.Əliyeva bölmənin qapısının şüşəsini sındırıb.

Nazirlikdən bildirilib ki, A.Əliyevanın oğlunun əsassız olaraq bölməyə aparılması və ailə üzvlərinə qarşı təzyiq və xəsarət yetirilməsi ilə bağlı iddiaları həqiqəti əks etdirmir, baş verənləri gizlətmək məqsədi daşıyır.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR