“Xoşlamıram qadından bozbaş iyi gəlsin” - Nadir

“Xoşlamıram qadından bozbaş iyi gəlsin” - Nadir
00:41 16 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Müğənni Nadir Qafarzadə xanımını hər zaman baxımlı görmək istədiyini söyləyib.

Axşam.az-ın məlumatına görə, sənətçi bu haqda “Yeri gəlmişkən” verilişində deyib. O, qeyd edib ki, həyat yoldaşı Sevinc xanıma işləməyə icazə vermir:

“Həyat yoldaşım oxuyub, diplomu da var. Bir müddət tibb sahəsində də çalışıb. Hər gün yol pulunu məndən alırdı. Axırda dedim ki, işləmə, otur evdə, uşaqlara bax. Mən xanımımın çalışmasına icazə vermirəm. Lazımi qədər qazanıram, bəsdir.

Amma bu o demək deyil ki, o, evdən bayıra çıxmır. Mən onu hər yerə gəzməyə aparıram. Xoşlamıram, qadın evdə saçı yağlı, üstündən bozbaş iyi gəlmiş formada otursun. İstəyirəm ki, hər dəfə evə gedəndə onu salondan gəlmiş, bəzəkli formada görüm. Özünə də deyirəm, ziyafətə getməsən də, məni o formada bəzənib qarşıla. Mənə bu cür xoşdur”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR