Bakıda qadın sürücü “qırmızıda” keçdi və qəza törətdi - FOTO + VİDEO

Gecə saatlarında Bakının Nəsimi rayonunda 2 minik maşını toqquşub, 1 nəfər yaralanıb.

Metbuat.az xəbər verir ki. hadisə Azadlıq prospekti və Abbasqulu Ağa Bakıxanov küçəsinin kəsişməsində, “Dostluq” kinoteatrının yaxınlığında baş verib.

Zamanov Naib Niyazəli oğlu idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə Azadlıq prospektində hərəkətdə olarkən A.Bakıxanov küçəsində hərəkətdə olan İradə Cəfərovanın idarə etdiyi “Kia” markalı maşınıyla toqquşub.

Qəza zamanı “Kia”-da olan sərnişin xəsarət alıb. İlkin məlumata görə, hadisə “Kia” markalı avtomobilin Bakıxanov küçəsində yüksək sürətlə hərəkətdə olması səbəbindən baş verib.

“Mercedes” sürücüsünün bildirdiyinə görə, “Kia” qəzadan öncə işıqforun gırmızı işığına da keçib.

Faktla bağlı araşdırma aparılır. (oxu.az)



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR