Dünya çempionu futbolla vidalaşır

Dünya çempionu futbolla vidalaşır
00:51 16 Yanvar 2015
130 İdman
Ölkə mətbuatı
A- A+

Almaniya millisinin sabiq müdafiəçisi Filipp Lam karyerasını başa vuracağı tarixi açıqlayıb.

ANS PRESS-in məlumatına görə, bütün diqqətini “Bavariya”nın uğurlarına yönəldən 31 yaşlı bəstəboy futbolçu karyerasının son illərini başqa liqalarda keçirməyi düşünmür və üç ildən sonra butslarını mismardan asmağı planlaşdırır.

Bundestimin sabiq kapitanı millidə 100-dən çox oyun keçirib. DÇ-2014-dəki möhtəşəm zəfərdən sonra beynəlxalq karyerasına son qoyan Lam “Bavariya”nın heyətində 2002-ci ildə debüt edib. 2003-2005-ci illərdə “Ştutqart”da təcrübə toplayıb.

Müdafiəçi qərarını belə izah edib: “Bavariya”yla müqaviləmin müddəti 2018-ci ildə bitəcək. O vaxt artıq 34 yaşım olacaq. Məncə, peşəkar futbolla vidalaşmaq üçün doğru zamandır. Özümü Qətər və ya Amerika klublarında görmürəm. Karyeramı yüksək səviyyədə oynayıb başa vurmaq istəyirəm. “Bavariya”yla daha bir Çempionlar Liqasını qazanmaq arzusundayam. Hazırda ən böyük hədəfimiz məhz budur. İnanıram ki, cari mövsümdə bunu reallaşdırmağa qadirik”.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=319924

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR