"Ona dedim, ümməti bölməyə haqqınız yoxdur" - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bosniya səfərindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb.

Metbuat.az xəbər verir ki, Ərdoğan Türkiyə gündəmində olan məsələləri dəyərləndirib. O, "Cümhuriyyət Xalq Partiyası"nın rəhbəri Kamal Kılıçdaroğlunun "partiyalı prezident olmasın, konstitusiya dəyişikliklərini müzakirə edək" sözlərinə belə cavab verib:

"Bu mövzu ilə bağlı referendum keçirdik. Burada ölkənin yeni idarəçilik sistemini xalqdan soruşursunuz və xalq bir qərar verir. Buara iki anlayış önəmlidir: etibar və sabitlik. Hörmətli Kılıçdaroğlunun bu yanaşması hər iksini təhdid altına atır".

Ərdoğan istefa verərək özünə yeni partiya qurmaq istəyən Əli Babacan barədə deyib ki, mən ondan soruşdum ki, partiya quracaqsınız? Dedi ki, hal-hazırda düşünmürük, platforma olaraq çalışırıq, dedim sizin ümməti bölməyə haqqınız yoxdur.

Ərdoğan ona verilən "Aralıq dənizindəki strategiyamız nədir?" sualına belə cavab verib:

"Bir tərəfdən bölgədəki axtarış çalışmalarımız davam edir, digər tərəfdən qazıntı gəmilərimiz bölgəyə göndərildi. Biz orada kimlərinsə bölgəsində çalışmaq niyyətində deyilik. Kiprdəki soydaşlarımızın haqqlarını müdafiə etmək üzərinə addımlar atırıq".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR