Yük maşınlarının qəzası: aşıb yolu bağladı - VİDEO

Son sutka ərzində Azərbaycanın avtomobil yollarında yük maşınlarının iştirakı ilə baş vermiş iki yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb.

Metbuat.az xəbər verir ki, ilk qəza Şamaxı-İsmayıllı yolunda qeydə alınıb.

Hadisə zamanı qumla dolu yük maşını yolun hərəkət hissəsinə aşıb. Qəza nəticəsində yol tamamilə bağlanıb. Hadisə yerinə ağır texnika cəlb olunub və yolda nəqliyyatın hərəkəti bərpa edilib.

Digər hadisə isə Bakı-Ələt yolunun 61-ci kilometrliyində baş verib. Hadisə zamanı “KAMAZ” markalı yük maşını eyni istiqamətdə hərəkətdə olan iritonnajlı avtomobilə çırpılıb.


(oxu.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR