"Real"ın yeni transferinin halı pisləşdi

"Real"ın yeni transferi Eder Militaonun mətbuat konfransı yarımçıq dayandırılıb.

Metbuat.az-ın "Marca" nəşrinə istinadən yaydığı xəbərə görə, buna braziliyalı müdafiəçinin özünü pis hiss etməsi səbəb olub.

Bu gün Madriddə tibbi müayinədən keçən 21 yaşlı futbolçu müqavilə imzaladıqdan sonra "Santyaqo Bernabeu" stadionunda azarkeşlərə təqdim olunub. Daha sonra jurnalistlərin qarşısına çıxan Militao qəflətən özünü pis hiss edib. Başı gicəllənən futbolçu mətbuat konfransını yarımçıq saxlayaraq, zalı tərk edib.

Qeyd edək ki, "Real" Militaonu 50 milyon avro qarşılığında "Portu"dan heyətinə qatıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR