"Bəxtimiz gətirsəydi, qalib gələ bilərdik" - “Partizani”nin baş məşqçi

“Mən çox xoşbəxtəm. Çünki futbolçular “Qarabağ” kimi güclü rəqibə qarşı yaxşı oynadılar”.

Metbuat.az-ın məlumatına görə, bunu Albaniyanın “Partizani” klubunun baş məşqçisi Franko Lerda Çempionlar Liqasının I təsnifat mərhələsinin “Qarabağ”la ilk oyundan (0:0) sonra deyib.

O söyləyib ki, bir az da bəxtləri gətirsəydi, qalib gələ bilərdilər: "Biz elə oyun qurmuşduq ki, rəqibi çaşbaş salaq. Bu gün yetirmələrim çox bacarıqlı idilər. Rəqib oyuna nəzarət edirdi. Amma biz də oyun intizamını qoruyurduq. Ən real qol vəziyyətlərini də bizim komanda yaratdı. Hesab edirəm ki, cütün taleyi ilə bağlı sual hələ açıq qalır. Biz cavab görüşündə maksimum gücümüzü qoyacağıq. Necə oynayacağımızı da çox gözəl bilirik”. APA


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR