Avropa Şurası buna cavab verəcək - Donald Task

Avropa Şurasının sədri Donald Task Türkiyə və Kipr arasındakı mübahisəli məsələlərlə bağlı açıqlama verib.

Metbuat.az xəbər verir ki, o, bu barədə özünün "Tvitter" hesabında yazıb:

"Türkiyə ilə müsbət yönlü qonşuluq münasibətlərini davam etdirmə mövzusundakı xoş niyyətlərimizə baxmayaraq, təzyiqin yüksəlməsi və AB üzvü olan Kiprin suverenliyinin pozulmasına səbəb olacaq addımlar atılması AB-nin bu vəziyyətə cavab verməsinə səbəb olacaqdır".

Dünən verdiyi açıqlamada Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirmişdi ki, qitə sahillərində nə edəcəyinə Türkiyə ancaq özü qərar verər.

Qeyd edək ki, keçdiyimiz günlərdə AB-dən Aralıq dənizindəki qazıntı fəaliyyətlərinə dair skandal açıqlamalar verilmişdi. Bildirirmişdi ki, Türkiyənin qazma gəmilərinin fəaliyyəti qanunsuzdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR