Türkiyədə meşə yanğınları davam edir - FOTOLAR

Türkiyənin Muğla bölgəsində dünən başlayan meşə yanğınları nəzarət altına alınıb.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu gün səhər 08:00-da isə yanğın qismən nəzarət altına alına bilib.

Məsələ ilə bağlı danışan Türkiyə Kənd Təsərrüfatı naziri Bəkir Pakdəmirli bildirib:

"İlkin araşdırmalara görə, tarladan başlayan bir yanğın olub. Evlərindən köçürülən ailələr artıq evlərinə qaytarılır. Ərazi olaraq böyük yanğın deyil amma yaşayış yerlərini təhdid altında qoyduğu üçün ciddiyə aldıq. Yanğın 350 hektarlıq ərazini əhatə edirdi. Türkiyənin ən böyük meşə yanğınının 17 min herkat olduğunu xatırlatmaq istəyirəm".

Qeyd edək ki, dünən saat 15:00 radələrində başlayan yanğına ilk müdaxilə 13 dəqiqədən sonra başlayıb. Əraziyə 520 heyət üzvü, 105 yanğınsöndürmə maşını, 18 dozer cəlb edilib. Hər hansı bir insan itkisinin olmadığı bildirilən yanğında bir yanğınsöndürən maşın da yanıb. Əraziyə yaxın olan 2 məhəllədəki 34 ev boşaldılmışdı.






Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR