Həsən Ruhani Fransa prezidenti müşaviri ilə görüşüb

İran Prezidenti Həsən Ruhani Fransa Prezidenti E. Makronun müşaviri Emmanuel Bon ilə görüşüb.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Həsən Ruhanı uran istehsalında limiti keçərək nüvə anlaşmasını pozmaları barədə bunları deyib:

"İran demokratiya və müzakirə qapısını sonuna qədər açıq saxlamışdır. Nüvə anlaşmasına daxil olan ölkələrin bu fürsətdən yararlanacağını ümid edirik. Bu şəkildə arzu edilən nöqtəyə çata bilər və nüvə anlaşmasının tam olaraq tətbiq edilməsini təmin edə bilərik. Bizim əsas hədəfimiz odur ki, nüvə anlaşmasında göstərilən şərtlərə bütün tərəflər əməl etsin və vədlər tətbiq edilsin".

Emmanuel Bon görüşdə Makronun yazılı mesajını Ruhaniyə təqdim edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR