Afrika Millətlər Kuboku: İlk yarımfinalçılar bəlli oldu

Afrika Millətlər Kuboku: İlk yarımfinalçılar bəlli oldu
10:52 11 İyul 2019
88 İdman
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Afrika Millətlər Kubokunda 1/4 final mərhələsinə start verilib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.

Öncə SeneqalBenin yığmaları üz-üzə gəlib. Minimal hesabla qələbə qazanan seneqallılar ilk yarımfinalçı olublar.

Günün digər matçında Nigeriya yığması CAR kollektivi ilə münasibətlərinə aydınlıq gətirib. Üç qolun qeydə alındığı qarşılaşmanın sonunda sevinən nigeriyalılar olub.

Afrika Millətlər Kuboku, 1/4 final

10 iyul

Seneqal - Benin 1:0
Qol: Queye, 70.

Nigeriya - CAR 2:1
Qol: Çukvueze, 27. Trost-Ekonq, 89 - Zunqu, 71.

11 iyul

20:00. Fil Dişi Sahili - Əlcəzair
23:00. Madaqaskar - Tunis

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/769960.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR