Ceyhun Bayramov şöbə müdirini vəzifəsindən azad edib

Tərtər Rayon Təhsil Şöbəsinin müdiri işdən çıxarılıb.

Metbuat.az bildirir ki, bununla bağlı Təhsil naziri Ceyhun Bayramov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Surxay Mirzəyev Tərtər Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsindən azad edilib. Hələlik bu vəzifəyə yeni təyinat olmayıb.

Qeyd edək ki, S.Mirzəyev 2015-cü ildən Tərtər Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışırdı. (Report)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR