Amerikada təəccübləndirən araşdırma - Narkotik maddənin qanuniləşdiyi bölgələrdə istifadə aşağı düşdü

Amerikada Montana State Universitetində aparılan araşdırmada 1993-2017-ci illər arasında məktəb şagirdlərinin sağlamlıq anketləri gözdən keçirilib.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, Amerikada gənclər arasında ümumi narkotik maddə istifadəsi artsa da, əyləncə məqsədilə istifadənin qanuniləşdirildiyi əyalətlərdə istifadənin təxminən 10 faizə düşdüyü bildirilib.

Amerikada 33 əyalətdə tibbi məqsədlə narkotik maddə istifadəsi qanuniləşdirib. 10 əyalətdə isə əyləncə məqsədilə cinayət olmaqdan çıxarılıb. 18 yaşdan aşağı olan gənclərin narkotika istifadəsi bütün əyalətlərdə hələ də qadağandır.

Araşdırmanı edən komandnın başçısı Mark Anderson verdiyi açıqlamada araşdırmalarının “narkotik maddəni qanuniləşdirmə siyasətinin gənclər arasındakı istifadəni artırdığı istiqamətindəki narahatlıqları aradan qaldırmağı” ümid etdiyini bildirib. Anderson gənclərin alış-veriş üçün vəsiqə tələb edən, qanuni narkotik maddə satan mağazalardan narkotika almanın küçə satıcıları ilə müqayisədə daha çətin olduğunu, azalmağı da bununla əlaqəli olduunu bildirib.

https://metbuat.az/news/1221690/qarpizi-mutleq-ceyirdeyi-ile-birlikde-yeyin.html


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR