Nazir: Azərbaycanla Fransa arasında ticarət dövriyyəsi 53 faiz artıb

Nazir: Azərbaycanla Fransa arasında ticarət dövriyyəsi 53 faiz artıb
13:15 11 İyul 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Mətanət Nəsibova - Trend:

2019-cu ilin ilk beş ayı ərzində Azərbaycanla Fransa arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 53 faiz artıb.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Şahin Mustafayev Bakıda keçirilən Azərbaycan-Fransa biznes forumunda deyib.

Nazir qeyd edib ki, Azərbaycan Fransa iqtisadiyyatına 2,6 milyard dollar investisiya qoyub:

“Fransanın Azərbaycan iqtisadiyyatına investisiyalarının həcmi 2,2 milyard dollar təşkil edib. Hazırda Azərbaycanda 45 Fransa şirkəti fəaliyyət göstərir. Fransız şirkətləri sənaye, nəqliyyat, tikinti, telekommunikasiya və digər sahələrdə peşəkar səviyyədə işləyir. Onlar həmçinin, neft emalı zavodunun modernləşdirilməsi və rekonstruksiyasında fəaldırlar. Bundan başqa, mən “Total” şirkətinin Azərbaycanda çoxillik, uğurlu fəaliyyətini qeyd etmək istərdim”.

Ş.Mustafayev vurğulayıb ki, Azərbaycan Cənubi Qafqaz regionunda Fransanın əsas tərəfdaşıdır və Fransanın bu regionda ticarət dövriyyəsinin 62,4 faizi Azərbaycanın payına düşür.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/3089131.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR