Nazirin birinci müavininin Göygöldə vətəndaş qəbulu iyulun 18-nə təyin olunub

Nazirin birinci müavininin Göygöldə vətəndaş qəbulu iyulun 18-nə təyin olunub
19:01 11 İyul 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin birinci müavini Əli Abdullayev 18 iyul 2019-cu il tarixində saat 11:00-da Göygöl rayonunda vətəndaşları qəbul edəcək.

Nazirlikdən Trend-ə verilən məlumata görə, qəbul zamanı nəqliyyat, telekommunikasiya, poçt xidmətləri və digər aidiyyəti məsələlərlə bağlı müraciətlərə baxılacaq.

Vətəndaşlar “mincom@mincom.gov.az” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt şöbəsi və telefon qovşağı tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar.

Bunun üçün Göygöl sakinlərindən 022 2055013 nömrəli telefona zəng etmələri xahiş olunur.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/it/3089366.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR