Həzrət Musaya edilmiş dörd vəsiyyət

Həzrət Musaya edilmiş dörd vəsiyyət
21:42 11 İyul 2019
Ölkə mətbuatı
A- A+

Həzrət Musa (ə) Allah Təala tərəfindən dörd şeyə vəsiyyət edilmişdir ki, bunları biz də bilsək faydalı olar.

1. O zamana qədər ki, Allahın səni bağışladığını bilmirsənsə, insanların eybi ilə işin olmasın. Özünün bağışlanmağın üçün vasitə fikirləş.

2. O zamana qədər ki, xəzinələrimdə olan sərvətin bitdiyini bilmirsənsə, ruzi üçün qüssə yemə. Sənə yazılan sənə çatacaqdır.

3. O zamana qədər ki, Mənim hakimiyyətimin sona çatdığını bilmirsən, heç kimə ümid etmə.

4. Təhlükəli düşmən olan şeytanın ölüm xəbəri sənə çatmayıbsa, onun hiyləsindən amanda olma.

Həzrətə vəhy gəlir: "Məni sev, insanları da Mənim məhəbbətimlə bəzə". Musa cavab verir: "Sən bilirsən ki, Səni hamıdan çox sevirəm. Ancaq bəndələrini məhəbbətə necə dəvət edim?". Vəhy gəlir: "Onlara verdiyim nemətləri yadlarına sal ki, nemətlərin qədrini bilsinlər. Bu yolla Mənə əlaqə göstərərlər"

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/769343.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR