Xidmətçiləri ilə bir süfrədə əyləşər, heç bir ehtiyaclını əliboş qaytarmazdı

Xidmətçiləri ilə bir süfrədə əyləşər, heç bir ehtiyaclını əliboş qaytarmazdı
22:17 11 İyul 2019
Ölkə mətbuatı
A- A+

Hicrətin 200-cü ilində İmam Rza (ə) vəliəhd kimi Mədinədən Xorasana hicrət edir. İmamın (ə) burada sakin olmasından 3 il keçəndən sonra onu sözün həqiqi mənasında tanımağa başladılar. İnsanların İmama (ə) olan meyilləri daha da artdı. Bu səbəbdən Məmun paxıllıq edib, o Həzrətə (ə) qarşı fitnə hazırladı. İmamı (ə) zəhərləyib şəhid etdi.

İmam Rzanın (ə) yerli camaatın yanındakı etibarı və məqamı çox ucadır. Onu həmişə əziz tutur və vilayətinin haqqını verməyə çalışırdılar.

İmam Rzanın (ə) Xorasanda olan zaman ən tanınmış fəzilətilərini qələmə alaraq, onu gələcək nəslə ötürmüşdülər. Biz də bu fəzilətlərin bəziləri ilə tanış olaq.

1. Gecələri az yatar və gecənin çox hissəsini ibadətlə keçirərdi.

2. Gündüzlər çox zaman oruc olardı. Xüsusilə də ayın əvvəlində, ortasında və axır günlərində.

3. Səcdələri çox uzun olardı və hətta sübh namazından gün çıxana qədər səcdələrdə qalardı.

4. Quranı çoxlu tilavət edərdi, verdiyi cavabların çoxu Quran ayələrindən və təfsirindən olardı.

5. Quran ayələrində cəhənnəm haqqındakı ayələrə çatan zaman ağlayardı. Ondan Allaha pənah aparardı.

6. Namazı hər zaman  əvvəl vaxtda qılardı və oruc olan zaman əvvəl namaz qılar və sonra iftarını açardı.

7. Gecənin son üçdə birində ayağa qalxar və dili zikr deyərdi. Misvak edib, dəstəmaz alardı. Sonra namaza dayanardı və sübh azanına qədər gecə ibadəti edərdi.

8. Hər üç gündən bir, bir Quran xətm edərdi.

9. Yoxsullara gizlində yardım edərdi.

10. Xidmətçiləri ilə bir süfrədə əyləşər və yemək yeyərdi.

11. Nökəri yemək yeyən zaman ona iş buyurmazdı.

12. Heç bir ehtiyaclını əliboş qaytarmazdı.

13. Gözəl xalça üzərində əyləşə bildiyi halda, həsirin üzərində əyləşərdi.

14. Sözləri ilə heç kəsin qəlbini incitməzdi.

15. Əyləşən zaman ayaqlarını uzatmazdı.

16. Heç bir zaman ağzının suyunu atmazdı.

17. Qonağı əziz tutar və ona iş buyurmazdı.

18. Yemək yeyən zaman qoymazdı ki, kimsə ayağa qalxsın.

19. Dostlarının abırı onun üçün hər şeydən daha üstün idi.

20. Cənazəyə hər zaman ehtiramını bildirərdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/769335.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR