Bu ölkədə plastik məhsullar qadağan olunacaq

Bu ölkədə plastik məhsullar qadağan olunacaq
07:17 12 İyul 2019
Ölkə mətbuatı
A- A+

Plastik məhsulların ətraf mühitə təsirinin azaldılmasına dair Avropa Parlamentinin və Şurasının 2019-cu il 5 iyun tarixli sənədi Monteneqronun hüquq sisteminə daxil ediləcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sənəd birdəfəlik istifadə edilən plastik məhsulların bazara buraxılmasını qadağan edir və onun müddəaları "Tullantıların nizama salınması haqqında" yeni qanunla və müvafiq əlavə qanunlar vasitəsilə Monteneqronun hüquq sisteminə daxil ediləcək.

Qeyd edilir ki, məqsəd birdəfəlik istifadə edilən plastik məhsulların ətraf mühitə, xüsusilə də dəniz və insan sağlamlığına mənfi təsirini məhdudlaşdırmaqdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/769995.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR