Burkina Fasoda fövqəladə vəziyyət rejiminin müddəti uzadılıb

Burkina Fasoda fövqəladə vəziyyət rejiminin müddəti uzadılıb
09:50 12 İyul 2019
67 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Burkina Fasonun Milli Assambleyası terrorçu və ekstremist qruplaşmalarla mübarizə üçün ölkənin bəzi vilayətlərində fövqəladə vəziyyət rejiminin müddətini uzadıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, fövqəladə vəziyyət rejimi Burkina Fasonun 7 regionunun 14 əyalətində iyulun 13-dən 2020-ci ilin 12 yanvar tarixinə qədər qüvvədə olacaq.

Bildirilir ki, bu tədbir təhlükəsizlik təhdidləri ilə mübarizənin gücləndirilməsinə yönəldilib.

Xatırladaq ki, 2018-ci ildekabrın 31-i Burkina Faso prezidenti Mark Kristian Kabore terror təhlükəsinin artması ilə əlaqədar ölkənin şərq və şimal əyalətlərində fövqəladə vəziyyət rejimi tətbiq etmişdi.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3089470.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR