Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
10:22 10 May 2015
78 Digər
Ölkə mətbuatı
A- A+

Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümüdür. Qədirbilən Azərbaycan xalqı, bütün dünyada Heydər Əliyevi tanıyanlar və sevənlər on birinci ildir bu dahi şəxsiyyətin doğum gününü onsuz qeyd edirlər.

Milli.Az Trend-ə istinadən bildirir ki, hər il ümummilli liderimizin ad günü ərəfəsində olduğu kimi, mayın 10-da da səhər tezdən respublika ictimaiyyətinin nümayəndələri, ölkəmizin müxtəlif rayon və şəhərlərindən Bakıya gəlmiş insanlar, Azərbaycan paytaxtının qonaqları axın-axın Fəxri xiyabana üz tutur, ulu öndər Heydər Əliyevin məzarı önünə əklillər, təzə-tər güllər qoyur, onun əziz xatirəsini dərin ehtiramla yad edir, ruhuna dua oxuyurlar.

Xalqımızın xilaskar oğlunun doğum günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev onun məzarını ziyarət etmək üçün Fəxri xiyabana gəlib.

Prezident İlham Əliyev ümummilli liderimiz Heydər Əliyevin məzarı önünə əklil qoyub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/339585.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR