“Vito” sürücüsündən təhlükəli davranış: magistral yolda ayağını pəncərədən çıxardı - VİDEO

Azərbaycandakı magistral yolların birində “Mersedes Vito” markalı avtomobilin sürücüsünün təhlükəli davranışları kameraya tuş gəlib.

Metbuat.az bildirir ki, görüntülər sosial şəbəkədə paylaşılıb. 99-RB-822 dövlət nömrə nişanlı maşının sürücüsü sürətli yolda ayağını pəncərədən çıxararaq avtomobil sürüb. Arxadan gələn avtomobildəki şəxs isə bunu lentə alıb. Sürücünün davranışları sosial şəbəkədə haqlı narazılıqla qarşılanıb.

Qeyd edək ki, bir neçə gün öncə Bakıdan Lerikə sərnişin daşıyan “Mersedes Vito” markalı avtomobilin sürücüsünün yol hərəkəti qaydalarını kobud şəkildə pozması nəticəsində səkkiz nəfər dünyasını dəyişib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR