Bu gün deputatlar növbədənkənar sessiyada sonuncu dəfə toplaşacaqlar

Bu gün Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçiriləcək.

Metbuat.az bildirir ki, iclasın gündəliyinə 28 məsələ daxildir.

Bunlar "Notariat haqqında", "Dövlət rüsumu haqqında", “İşsizlikdən Sığorta Fondunun 2019-cu il büdcəsi haqqında”, "Əmək pensiyaları haqqında", "Məhkəmələr və hakimlər haqqında" və digər qanunlara, eyni zamanda Vergi, İnzibati Xətalar məcəllələrinə dəyişiklik layihələridir. Qanun layihələrinin bir çoxu 2-ci cə 3-cü oxunuşda müzakirə ediləcək.

Qeyd edək ki, bu iclasdan sonra deputatlar tətilə çıxacaqlar və avqust ayının 30-dək istirahətdə olacaqlar. (Trend)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR