"Neftçi"nin futbolçusu: "Cavab oyununda arxayınlaşma olmamalıdır"

"Neftçi"nin futbolçusu: "Cavab oyununda arxayınlaşma olmamalıdır"
10:12 12 İyul 2019
45 Digər
Ölkə mətbuatı
A- A+

"Həmişəki kimi oyuna ciddi hazırlaşmışdıq. Rəqibi üstələdik. Buna baxmayaq, hər şey tam bitməyib. Bakıdakı cavab oyununda arxayınlaşma olmamalıdır".
Bunu "Report"un Moldovanın paytaxtı Kişineuya ezam olunmuş əməkdaşına açıqlamasında "Neftçi"nin futbolçusu Rəhman Hacıyev Avropa Liqasının I təsnifat mərhələsində "Sperantsa"ya 3:0 hesabı ilə qalib gəldikləri matç barədə danışarkən deyib. 
26 yaşlı yarımmüdafiəçi cavab görüşünə də ciddi hazırlaşacaqlarını söyləyib. Hacıyev yenidən meydana qələbə üçün çıxacaqlarını vurğulayıb: "Birinci mərhələni keçib, növbəti oyunlara həvəslə, yaxşı motivasiya ilə başlamağı planlaşdırırıq. Moldovadakı oyunda çətinlik çəkdiyimizi deyə bilmərəm. "Sperantsa"nın zəif cəhətlərindən istifadə etdik və qələbə qazandıq".
Orta sahə oyunçusu belə bir nəticəni əvvəlcədən gözləmədiyini də etiraf edib: "Matça belə bir fikirlə çıxmamışdıq. Öz oyunumuzu sərgiləməyi düşünürdük". 
Yarımmüdafiəçi bildirib ki, "Neftçi" azarkeşləri UEFA Avropa Liqasında III təsnifat mərhəsinə də ümid edə bilərlər: "Niyə də olmasın?! Biz özümüzə güvənirik. Azarkeşlərimizə də inamımız böyükdür. Əl-ələ verib hamımız birlikdə üçüncü mərhələyə keçəcəyik". 
Komandasının heyətində sonuncu qolun müəllifi olan futbolçu "Neftçi"nin yeni transferləri barədə danışıb: "Onların çıxışını yaxşı dəyərləndirirəm. Kollektivə tam uyğunlaşmayıblar. Oyundan-oyuna və məşqdən-məşqə daha yaxşı çıxış edəcəklər".
Qeyd edək ki, iyulun 18-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Sperantsa" matçı saat 21:00-da başlayacaq. 


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/neftci-nin-futbolcusu-cavab-oyununda-arxayinlasma-olmamalidir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR