Azərbaycan və Rusiya XİN rəsmiləri I Xəzər İqtisadi Foruma hazırlıq məsələlərini müzakirə ediblər

Azərbaycan və Rusiya XİN rəsmiləri I Xəzər İqtisadi Foruma hazırlıq məsələlərini müzakirə ediblər
10:17 12 İyul 2019
47 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın Xarici İşlər nazirinin müavini Xələf Xələfov ilə rusiyalı həmkarı, status-katib Qriqori Karasin arasında telefon danışığı baş tutub.
Bu barədə "Report" Rusiya Xarici İşlər Nazirliyinin saytına istinadən xəbər verir.
"Söhbət zamanı ikitərəfli əməkdaşlıq, eləcə də tərəflərin qarşıdan gələn I Xəzər İqtisadi Forumuna hazırlıq, beynəlxalq və regional məsələlər müzakirə olunub", - nazirliyin məlumatında deyilir.
Qeyd edək ki, I Xəzər İqtisadi Forumu 2019-cu il avqustun 12-də Türkmənistanın "Avaza" milli turizm zonasında keçiriləcək.


Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/azerbaycan-ve-rusiya-i-xezer-i-qtisadi-forumunu-muzakire-etdi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR