“Kloun” serialında səslənən kompozisiyanın məşhur ifaçısı "Jara"da - VİDEO

“Kloun” serialında səslənən kompozisiyanın məşhur ifaçısı "Jara"da - VİDEO
10:38 12 İyul 2019
Ölkə mətbuatı
A- A+

55 yaşlı məşhur ityalyan müğənnisi Allesandro Safina və Bosson ləqəbi ilə tanınan isveçli müğənni Staffan Olsson "Jara" Beynəlxalq musiqi festivalında çıxış edəcək.

Publika.az xəbər verir ki, bu barədə Xalq artisti Emin Ağalarov instaqramda məlumat verib.

Məlumat üçün bildirək ki, Allesandro Safina daha çox "Kloun" serialı üçün ifa etdiyi "Luna" kompozisiyası ilə məşhurdur. Staffan Olsson isə "One a million" mahnısı ilə tanınır.

Xatırladaq ki, festival iyulun 25-dən 28-nə kimk Eminin sahib olduğu “Sea Breeze”də keçiriləcək. Festival çərçivəsində Rusiyanın tanınmış ulduzları səhnəyə çıxacaqlar.

Azərbaycandan isə Xalq artistləri Aygün Kazımova, Brilliant Dadaşova, Zülfiyyə Xanbabayeva, müğənnilər Çingiz Mustafayev, Nigar Camal, Səmra Rəhimli və başqaları festivalda yer alacaqlar.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin1/284426.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR