Bakıda güclü yanğın -VİDEO

Bakının Yasamal rayonunda güclü yanğın baş verib.

Metbuat.az bildirir ki, Bakının Moskva prospektində, "Şamaxinka” adlanan ərazidə qeydə alınan yanğın nəticəsində ətrafı qara tüstü bürüyüb. Vətəndaşlar bu qara tüstüdən təşvişə düşüblər. Əraziyə yanğınsöndürən maşınların getdiyi bildirilir. Məsələ ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətilə əlaqə saxlanılıb.. Xİdmətdən bildirilib ki, ərazidəki quru ot sahəsinda yanğın baş verib.

Yanğın çox güclü olduğu üçün ətrafa yayılma təhlükəsi yaranıb.

İkinci çağırışla əraziyə cəlb edilən yanğınsöndürənlər alovu ram ediblər və yanğın söndürülüb. (baku.ws)



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR