Azərbaycan Prezidentinin köməkçisi: "Avropa Oyunlarının yüksək standartını ortaya qoyacağıq"

Azərbaycan Prezidentinin köməkçisi: "Avropa Oyunlarının yüksək standartını ortaya qoyacağıq"
10:42 10 May 2015
37 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 10 may. REPORT.AZ/ "Azərbaycan xalqı I Avropa Oyunlarına ciddi hazırlaşır. Bu, təkcə dövlətin tədbiri deyil, ümumxalq tədbirdir. Biz bu tədbirdən maksimum istifadə edib Azərbaycan xalqının həm milli-mənəvi dəyərlərini, Azərbaycan xalqının mədəniyyətini, xalqın həyat tərzini, o cümlədən problemlərimizi, torpaqlarımızın işğalı faktını, neçə illərdir ölkəmizin bölgədə yürütdüyü siyasəti, qonşularla münasibətlərimizi Avropa Oyunlarından istifadə edib dünyaya çatdıracağıq". "Report"un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.
O qeyd edib ki, Azərbaycanda bir idman əhval-ruhiyyəsi yaşanır: "Biz Avropa Oyunlarının yüksək standartını ortaya qoyacağıq. Heydər Əliyev Fondunun rəhbəri, hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Təşkilat Komitəsi çox səmərəli və uğurlu fəaliyyət göstərir. Dövlət qurumları və digər müvafiq qurumlar da Avropa Oyunlarına hazırlaşır. Bakı-2015-lə bağlı əlbəttə ki, hər birimizin üzərinə məsuliyyət düşür".

Xəbərin orijinal ünvanı: http://report.az/baki-2015/azerbaycan-prezidentinin-komekcisi-avropa-oyunlarinin-yuksek-standartini-ortaya-qoyacagiq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR