“CinemaPlus Xəmsə Park” və “CinemaPlus Gəncə Mall”da yeni aksiyalar keçirilir

“CinemaPlus Xəmsə Park” və “CinemaPlus Gəncə Mall”da yeni aksiyalar keçirilir
12:52 12 İyul 2019
59 Digər
Ölkə mətbuatı
A- A+

“CinemaPlus Xəmsə Park” və “CinemaPlus Gəncə Mall”da hər həftənin çərşənbə axşamı günü “Super Gün”, çərşənbə günü isə “Ailə Günü” aksiyaları keçirilir. 
“CinemaPlus”dan "Report"a verilən məlumata görə, aksiyalarda biletlərin qiyməti 2 AZN-dən, popkorn isə 1 AZN-dən başlayır.
“Super Gün” aksiyası iyulun 16-dan etibarən aktiv olacaq.
Tarif:
2D, günboyu - 2.5 AZN
3D, günboyu - 3.0 AZN
Bütün gün ərzində yerli və türk filmləri - 3.5 AZN
Platinum zal, günboyu - 5 AZN

“Ailə günü” aksiyası iyulun 17-dən etibarən aktiv olacaq.
Aksiya yalnız uşaqlar, ailələr və animasiya filmlərini izləmək üçün böyüklərin müşayiəti ilə 12 yaşa kimi uşaqlar üçün nəzərdə tutulub.
Tarif:
2D
09:00-17:00 - 2 AZN
17:00-dan sonra- 3 AZN
3D
09:00-17:00 - 3 AZN
17:00-dan sonra- 4 AZN
Yerli və türk filmləri
09:00-17:00 - 3 AZN
17:00-dan sonra - 4 AZN
Platinum zal, günboyu - 5 AZN
Aksiyalar bayram və qeyri-iş günlərində etibarlı deyil.
“Super Gün”, “Ailə Günü” və başqa endirimli aksiyalar zamanı bonus kartları (CineClub və Umico) tətbiq olunmur.
“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır.


Xəbərin orijinal ünvanı: https://report.az/sou-biznes/cinemaplus-da-genceliler-ucun-coxdan-gozlenilen-aksiyalar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR