Azarkeşlər Konqo Demokratik Respublikasının idman nazirinə hücum edib

Azarkeşlər Konqo Demokratik Respublikasının idman nazirinə hücum edib
13:42 12 İyul 2019
43 Digər
Ölkə mətbuatı
A- A+

Konqo Demokratik Respublikasının idman naziri Yuq Nquelondele azarkeşlərin hücumuna məruz qalıb.
“Report” xəbər verir ki, insident ölkənin futbol üzrə yığma komandasının Misirdə keçirilən Afrika Millətlər Kubokunda çıxışını erkən başa vuraraq vətənə qayıtdığı zaman baş verib.
Komandanın yarışdakı çıxışından narazı qalan tərəfdarlar nümayəndə heyətinin üzərinə hücum çəkiblər və Nquelondelenin paltarını cırıblar.
Qeyd edək ki, Konqo DR yığması Afrika Millətlər Kubokunun 1/8 finalında Madaqaskar kollektivinə penalti seriyasında 2:4 hesabı ilə uduzaraq yarışla vidalaşıb.

VIDEO: Sports Minister for DR Congo was beaten and had his cloth torn upon the National team reached the airport. The fans were very annoyed after they were eliminated by Madagascar in round 16 and therefore resort to physically assaulting the minister. pic.twitter.com/90GUVcaKBB — Fareed Ander Herrera (@Fareed_herrera) July 9, 2019


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/azarkesler-konqo-demokratik-respublikasinin-idman-nazirine-hucum-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR