Türkiyə XİN: “S-400”lərlə bağlı hər hansı problem yoxdur

Türkiyə XİN: “S-400”lərlə bağlı hər hansı problem yoxdur
14:02 12 İyul 2019
45 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Rusiyadan “S-400” raket sistemlərinin tədarükü ilə bağlı hər hansı problemin olmadığını, prosesin bundan sonra da rəvan şəkildə davam edəcəyini bildirib.
“Report” “YeniŞafak”a istinadən xəbər verir ki, Ankarada jurnalistlərlə görüşü zamanı nazir “S-400”lərlə bağlı saziş çərçivəsindəki işlərin davam etdiyini deyib: “Biz bu işləri əlaqəli şəkildə həyata keçiririk. Milli Müdafiə Nazirliyi də lazımı açıqlamaları verib. Heç bir sıxıntı yoxdur”.
Xatırladaq ki, Rusiyadan idxal olunan “S-400” uzun mənzilıli hava və raket müdafiə sistemlərinin ilk hissələri iyulun 12-də Ankara yaxınlığındakı Mürtəd bazasına gətirilib.


Xəbərin orijinal ünvanı: https://report.az/region/turkiye-xi-n-s-400-lerle-bagli-her-hansi-problem-yoxdur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR