Türkiyədə yol qəzasında Azərbaycan vətəndaşı xəsarət alıb

Türkiyədə yol qəzasında Azərbaycan vətəndaşı xəsarət alıb
14:08 12 İyul 2019
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin cənubundakı Adana vilayətində baş vermiş yol qəzasında Azərbaycan vətəndaşı xəsarət alıb.

Trend-in məlumatına görə, sürücünün idarəetməni itirməsi nəticəsində avtomobil dərəyə düşüb.

Məlumata görə, qəza nəticəsində 6 nəfər xəsarət alıb. Onlardan beş nəfərin Türkiyə vətəndaşı olduğu bildirilir.

Qeyd olunur ki, xəsarət alanlardan biri 33 yaşlı Azərbaycan vətəndaşı Aygün Hüseynova olub.

Xəsarət alanların vəziyyəti normal qiymətləndirilir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3089585.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR