Nazir: “Azərbaycandan Gürcüstan vasitəsilə Türkiyəyə gedilən vaxt iki dəfə azalacaq”

Nazir: “Azərbaycandan Gürcüstan vasitəsilə Türkiyəyə gedilən vaxt iki dəfə azalacaq”
14:17 12 İyul 2019
40 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstan Avropa və Asiyanın birləşdirilməsi üçün önəmli layihə olan Şərq-Qərb avtomagistralının tikintisinə böyük həcmdə vəsait ayırıb”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın regional inkişaf və infrastruktur naziri Maya Tskitişvili Batumidə keçirilən “Şərq tərəfdaşlığı”nın 10 illiyinə həsr olunan beynəlxalq konfransda çıxışında bildirib.
Nazir deyib ki, Gürcüstanda iri infrastruktur layihələr 2022-ci ildə başa çatdırılacaq: “Gürcüstan-Azərbaycan sərhədindən Gürcüstan-Türkiyə sərhədinədək olan avtomobil yolunu iki dəfə daha az vaxta qət etmək mümkün olacaq. İri layihələrlə yanaşı Gürcüstanda həmçinin daxili yolların təmir və bərpası istiqamətində də işlər həyata keçirilir. Ölkədə həmçinin yük və sərnişin daşımaları üçün əsas vasitə olan dəmir yollarının modernləşdirilməsi də davam etdirilir”.


Xəbərin orijinal ünvanı: https://report.az/region/nazir-azerbaycandan-gurcustan-vasitesile-turkiyeye-gedilen-vaxt-iki

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR