Tovuzda içməli su əvəzinə palçıq gəlir - VİDEO

Tovuzda içməli su problemi yaranıb.

Metbuat.az bildirir ki, sakinlərin media orqanlarına göndərdiyi videogörüntüdən aydın olur ki, rayon əhalisinə verilən içməli su istifadəyə yararsızdır. Belə ki, suyun tərkibində həddindən artıq çirklənmə müşahidə olunur.

Məsələ barədə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin 8 saylı Regional Su-kanal İdarəsindən bildiriblər ki, Tovuzda güclü sellə əlaqədar Zəyəmçayda daşqın olub:

“Nəticədə, suda lillənmə baş verib. Artıq problem həll edilib, bulanıqlıq standartlara uyğun həddə enib”.


(oxu.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR