Türkiyənin keçmiş prezidenti vəfat etdi

Türkiyənin keçmiş prezidenti vəfat etdi
10:52 10 May 2015
128 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin sabiq prezidenti Əhməd Kənan Evrən vəfat edib.

Anspress-in məlumatına görə, Türkiyədə hərbi çevrilişlə hakimiyyətə gələrək 7-ci prezidenti olmuş Kənan Evrən dünyasını dəyişib. Bu barədə yerli mətbuat xəbər yayıb.

Xəbərdə bildirilir ki, 98 yaşlı sabiq prezident müalicə aldığı Ankara Gülhanə Tibb Akademiyasında mayın 9-da əbədi olaraq gözlərini yumub.

Qeyd edək ki, Kənan Evrən Türkiyə Respublikasının 7-ci prezidenti və 17-ci Baş Qərargah rəisi, Osmanlı İmperiyasında doğulmuş sonuncu prezident kimi tanınır. O, 1980-ci il 12 sentyabr hərbi çevrilişi yolu ilə hakimiyyətə gəlib, 1982-ci ildə yeni konstitusiyanın qəbul edilməsindən sonra rəsmi olaraq prezident seçilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/339589.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR