"Zirə"nin kapitanı 2 həftəlik sıradan çıxıb

"Zirə"nin kapitanı 2 həftəlik sıradan çıxıb
14:42 12 İyul 2019
56 Digər
Ölkə mətbuatı
A- A+

“Sabah”la yoxlama oyunundan zədələnən “Zirə”nin futbolçusu Cavid Hüseynov 2 həftə yaşıl meydanlardan kənar qalacaq.
Bu barədə “Report”a komandanın baş məşqçisi Samir Abasov məlumat verib. Onun sözlərinə görə, 31 yaşlı yarımmüdafiəçinin ayaq barmağında çat aşkarlanıb. Kapitan iyulun 18-də “Keşlə” ilə yoxlama oyununu buraxacaq.
Oxşar zədə üzündən komanda ilə məşqlərə qatıla bilməyən cinah müdafiəçisi Tellur Mütəllimovun bərpa prosesi isə yekunlaşmaq üzrədir.
Qeyd edək ki, yay fasiləsində “Qəbələ”dən ayrılan Hüseynov “Zirə” ilə 2 illik müqavilə bağlayıb. 


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/zire-nin-kapitani-2-heftelik-siradan-cixib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR