Körfəzdə gərginlik davam edir: İrandan son XƏBƏRDARLIQ

Körfəzdə gərginlik davam edir: İrandan son XƏBƏRDARLIQ
14:48 12 İyul 2019
63 Digər
Ölkə mətbuatı
A- A+

Körfəzdə neft tankerləri ilə bağlı yaşanan gərginlik davam edir.

Publika.az
xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi İngiltərəyə xəbərdarlıq edib.

“Bu, təhlükəli bir oyundur və nəticələri olacaq. Gəminin girov götürülməsinin hüquqi bəhanəsi yoxdur. Tankerin azad edilməsi bütün ölkələr üçün yaxşı olar”, - deyə o bildirib.

Qeyd edək ki, İngiltərə ilə İran arasında bir müddətdir tankerlərə görə gərginlik yaşanır. İngiltərə donanması ötən həftə Cəbəllütariq boğazında Suriyaya neft daşıyan İran bayraqlı “Grace 1” tankerini girov götürüb.

Asif


Xəbərin orijinal ünvanı: https://publika.az/news/region/284467.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR