Bakı-Sumqayıt dəmir yolu xəttinin istifadəyə veriləcəyi tarix açıqlanıb

Bakı-Sumqayıt dəmir yolu xəttinin istifadəyə veriləcəyi tarix açıqlanıb
11:07 10 May 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 10 may. REPORT.AZ/ İyunun 5-nə Bakı-Sumqayıt dəmir yolu xətti istifadəyə veriləcək və gətirələcək yeni qatarlar həmin xəttə buraxılacaq. Bunu “Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov jurnalistlərə deyib.
Onun sözlərinə görə, Bakı sərnişin vağzalında və sumqayıta gedən dairəvi yolda təmir işləri gedir: "Yeni platformalar tikilir və turniketlər qurulur. İşlər nəzərdə tutulduğu vaxtda yekunlaşsa iki mərtəbəli qatarlar gətiriləcək. Olmasa digər qatarlar gələcək, hansı ki içərisində kondisioner, wifi, sanitar qovşağı olacaq".
O qeyd edib ki, Avropa Oyunlarına hazırlıq çərçivəsində görüləcək işlər sırasında Koroğlu metro stansiyası arasında qatarların xəttə buraxılması da gözlənilir.

Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/baki-sumqayit-demir-yolu-xetti

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR